Polis yerli merin və sürücüsünün Nigerin şimalındakı səhrada avtomobilində 200 kq-dan çox kokainlə həbs edildiyini bildirib.
Adı açıqlanmayan iki şübhəlinin narkotiki Malidən ölkəyə qaçaqmalçılıq yolu ilə gətirdikdən sonra, Liviyaya daşıdığı bildirilir.
Nigerin Narkotiklərə Nəzarət Agentliyi bildirib ki, bu, Qərbi Afrika ölkələrindən birində ələ keçirilən ən böyük kokaindir.
Bölgədə narkotik qaçaqmalçılığı və polis həbsləri adi hala çevrilir.
Nigerin Narkotik Ticarətinə Qarşı Mübarizə üzrə Mərkəzi İdarəsi (NTQMMİ) çərşənbə günü bildirib ki, polis ölkə daxilində Liviyaya böyük miqdarda kokainin daşınmasından xəbərdardır və izinə düşüb.
NTQMMİ sözçüsü Nana Aichatu Usman Bako bildirib ki, istintaq yanvarın 2-də Faachi meriyasına məxsus avtomobildə, ümumi çəkisi 214 kq olan 199 kərpic kokain müsadirə edilib.
Maşın Facidən çıxıb və bazar günü Dirku şəhərində Liviyaya doğru gedirdi.
“Ölkəmizdə ilk dəfədir ki, bu qədər böyük miqdarda kokain ələ keçirilir” – deyən xanım Bako narkotiklərin Avropaya göndərildiyini və burada onların pərakəndə satış qiymətinin təxminən 19 milyon dollar (14 milyon funt sterlinq) olduğunu” əlavə edib.
Mer və sürücüsü dindirilmək üçün, Nigerin paytaxtı Niameyə aparılıb.
Faci, Agadez şəhərindən təxminən 400 km şimalda, Tenere səhrasında bir vahədir. Duz və xurma ticarətinin mərkəzi kimi tanınır.
Region Cənubi Amerika və Avropa arasında narkotik ticarəti və miqrantların qaçaqmalçılığı kimi, insan alveri üçün marşrut kimi istifadə olunur.