Bu gecə yanvarın 5-də, “Qriqori Lovtsov” yük gəmisi Oxot dənizində qəzaya uğrayıb. Gəmi buzun içinə düşüb və irəliləmək imkanı olmadığından sıxılaraq qalıb. Gəmidə səkkiz rus dənizçisi olub.
İctimairey.az Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, “Verilmiş koordinatlara uyğun olaraq, havadan kəşfiyyatı aparılıb və “Qriqori Lovtsov” gəmisi Mi-8 EMERCOM helikopteri tərəfindən aşkar edilib. Dənizçilər Nikolaevsk-on-Amur şəhərinə çatdırılıb. Ekipajın vəziyyəti qənaətbəxşdir. Tibbi yardım tələb olunmur”.
İdarədən aydınlıq gətirilib ki, xilasetmə əməliyyatı gecənin qaranlığında, güclü külək zamanı aparılıb, lakin hər şey yaxşı qurtarıb.