ABŞ-ın keçmiş prezidenti Donald Tramp Twitter-i demokratiyanın biabırçılığı adlandırıb.
İctimairey.az bildirir ki, bu barədə onun bazar ertəsi eks-prezidentin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.
Tramp koronavirusla bağlı yalan məlumat yaydığına görə deputat Marjorie Taylor Green-in Twitter hesabının bloklanmasını şərh edib. 6 yanvar 2021-ci ildə tərəfdarları Kapitoliyə hücum etdikdən sonra, Trampın özü də Twitter-də həmişəlik bloklanıb.
“Twitter demokratiya üçün biabırçılıqdır. Onun bu ölkədə işləməsinə icazə verilməməlidir. Marjorie Taylor Qreen bir çox dürüst, vətənpərvər və zəhmətkeş seçiciləri təmsil edir. Onlar səviyyəsiz Twitter və Facebook-dan bu cür münasibətə layiq deyillər. Hər kəs Twitter və Facebook-u tərk etməlidirlər. Onlar darıxdırıcıdır. Yalnız radikal “sol”ların nöqteyi-nəzərini təmsil edir və hamı onlara nifrət edir. Onlar ölkəmiz üçün ayıbdır. Sən isə, Marjori, mübarizəni davam etdir!”
Facebook sosial şəbəkəsi də 2021-ci il yanvarın 6-dan sonra, Trampı bloklayıb, lakin gələcəkdə bu qərara yenidən baxılması imkanını özündə saxlayıb.