Əfqanıstanda Talibanın Kabil çayına 3 ton spirt tökdüyü bildirilir.xəbəri yayılıb.
Taliban administrasiyasının “Kəşfiyyat Rəhbərliyi” Kabilin Karte-i Çar bölgəsində spirtli içkilərin satıldığı yerə basqın etdiklərini açıqlayıb.
Açıqlamada 3 ton içkinin müsadirə edildiyi, spirtli içki satışı ilə məşğul olan 3 nəfərin saxlanıldığı bildirilir, eyni zamanda spirtli içki içməyin haram olduğu və müsəlmanların spirtli içkidən uzaq durmalı olduqları qeyd edilib.
Avqustun 15-də Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra, ölkədə narkotik aludəçiləri də daxil olmaqla, içki istehsal edən və satan yerlərə basqınlar artıb.