Pentaqonun rəhbəri Lloyd Ostin yeni növ koronavirusa (COVID-19) yoluxub.
ABŞ müdafiə nazirinin özü koronavirus testinin müsbət nəticəsini açıqlayıb. Nazir növbəti beş gün ərzində karantində olacaq
Ostin qeyd etdi ki, o, koronavirusun simptomlarını hiss etdikdən sonra, test tələb edib.
ABŞ müdafiə naziri vurğulayıb ki, onun “yüngül simptomları” var və növbəti beş gün ərzində evdə karantində qalmaq niyyətindədir.
Ostin müdafiə nazirinin bütün səlahiyyətlərini özündə saxladığını və karantin zamanı əsas görüş və tədbirlərdə virtual formatda iştirak etməyi planlaşdırdığını açıqlayıb.
Bütün digər hallarda Ostini ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks təmsil edəcək.
Pentaqonun rəhbəri bildirib ki, koronavirus testi əlaqə saxladığı hər kəs tərəfindən aparılacaq.
Ostinin Baydenlə son görüşü çərşənbə axşamı, dekabrın 21-də baş tutub. Onun sözlərinə görə, nazir dekabrın 30-dan bəri Pentaqona baş çəkməyib.