“Iran Airtour” aviaşirkəti Tehran-İrəvan-Tehran istiqamətində uçuşlar həyata keçirməyə başlayıb,
İctimairey.az xəbər verir ki, bu barədə “Ermənistan-Beynəlxalq Hava Limanları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
“Bu il yanvarın 1-dən Iran Airtour Tehran-İrəvan-Tehran marşrutu üzrə uçuşlar həyata keçirməyə başlayıb. Uçuşlar çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək”, – şirkətin Facebook səhifəsində yazılıb.
“Ermənistan-Beynəlxalq Hava Limanları” QSC Yerevan “Zvartnots” beynəlxalq hava limanının və Gümrüdəki “Şirak” hava limanının konsessiyaçısıdır.