Beşiktaşda 5 futbolçuda korona şübhəsi! Onlar Superkubokda oynamayacaq

0

Beşiktaşda “Antalyaspor”la oynanılacaq Superkubok finalı öncəsi 5 futbolçu koronovirusa yoluxduğu üçün, düşərgə heyətindən kənarlaşdırılıb.

 “Beşiktaş” klubu yanvarın 5-də Qətərdə “Antalyaspor”la oynanacaq Superkubok finalı öncəsi yoxlamalardan sonra, 5 futbolçuda yuxarı tənəffüs yollarında infeksiya əlamətləri olduğunu açıqlayıb.

  “Ağ-qaralar”ın heyətində  Necip Uysal, Can Bozdoğan, Güvən Yalçın, Salih Uçan və Serdar Saatçı “Antalyaspor” matçında meydana çıxa bilməyəcək. Digər tərəfdən zədəli Kevin N’Koudou, Gökhan Töre və Oğuzhan Özyakup Qətərdəki matçda meydana çıxa bilməyəcək.

BEŞİKTAŞIN MƏLUMATI

“Futbol A Komandamızın 5 yanvar Çərşənbə günü Qətərin paytaxtı Doha şəhərindəki Əhməd Bin Ali Stadionunda Turkcell Superkubokunun finalında Fraport TAV Antalyaspor ilə oynayacağı matçdan əvvəl aparılan yoxlamada yuxarı tənəffüs yolları infeksiyası əlamətləri göstərən futbolçularımız ; Necip Uysal, Can Bozdoğan, Güven Yalçın, Salih Uçan və Serdar Saatçı düşərgə heyətindən kənarlaşdırılıb.

Oyunçularımızla bağlı əlavə araşdırma və təqib prosesləri davam edir”.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »