74 yaşlı fransalı avarçəkmə ilə Atlantik okeanını keçmək üçün yola düşüb.
31 dekabr 2021-ci ildə 74 yaşlı fransız Jan-Jak Savin qayıqla Atlantik okeanını keçmək üçün, Portuqaliyadan yola düşüb.
Təqaüdçü əsgər Savin səfərdən əvvəl, uzun müddət narıncı kanoesi ilə məşq etdiyini bildirib. Jan-Jak okean havasından qorunmaq üçün, tədbirlərini görüb.
Jan-Jak Savin avarçəkmə qayığı ilə Atlantik okeanını keçərək, Karib sahilinə çatmağa çalışacaq.
Qeyd edək ki, Jan-Jak 2019-cu ildə Atlantik okeanını boçkanın içində keçmişdir.