Xamenei: Tramp bütün dünyada törətdiyi cinayətlərə görə tarixin zibil qutusuna düşəcək

0

İranın ali lideri Ağ Evin keçmiş rəhbərini hədələyib

İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Qasım Süleymaninin məhv edilməsinə göstəriş verən keçmiş ABŞ prezidenti Donald Tramp bütün dünyada törətdiyi qətllərin əvəzini ödədikdən sonra, tarixin zibilliyinə düşəcək. Bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei Süleymaninin qətlinin ikinci ildönümü ərəfəsində iranlı generalın ailəsi ilə görüşü zamanı deyib.

“Qasım Süleymaninin qatilləri – Tramp və onun kimi digərləri – bütün dünyada törətdikləri cinayətlərə görə yüksək qiymət ödədikdən sonra, özlərini tarixin zibilliyində tapacaqlar”, – Xamenei hədələyib.

Bundan əlavə, İranın ruhani lideri ABŞ-ın digər ölkələrdə, o cümlədən Əfqanıstan və İraqdakı fəaliyyətlərinə diqqət çəkib.

“ABŞ Əfqanıstandan qaçdı və İraqda Amerika kontingenti məsləhətçi səviyyədə iştirak edir. İraqlı qardaşlarımız bu məsələni diqqətlə izləməlidirlər. Yəməndə də müqavimət cəbhəsi irəliləyir. Suriyada da düşmənin gələcəyə ümidi yoxdur. Müqavimət cəbhəsi bütün regionda getdikcə daha çox ümidvericidir”, – İranın mənəvi lideri bildirib.

Xatırladaq ki, Süleymani və İranyönlü şiə “Haşdi Şaabi” milislərinin rəhbərinin köməkçisi Əbu Mehdi əl-Mühəndis 2020-ci il yanvarın 3-də Bağdad hava limanında raket hücumları nəticəsində öldürülüb.

  Generalın yerləşdiyi karvana raket zərbəsi ABŞ prezidenti Donald Trampın göstərişi ilə olub.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »