Ryazan vilayətində bir fabrikin emalatxanasında baş verən partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
İctimairey.az xəbər verir ki, bu barədə Fövqəladə hallar xidmətinin nümayəndəsinin RİA Novosti -yə verdiyi məlumata görə, Ryazan vilayətindəki fabrikdəki barıt anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
“Daha üç ölənin cəsədi tapılıb, ümumi sayı 15 nəfərə çatdı” mənbə bildirib.
Partlayış Ryazan vilayətinin Şilovski rayonundakı Elastik fabrikində baş verib. Fövqəladə hallar xidmətindən verilən məlumata görə, fabrik partlayıcı maddələrin istehsalı və saxlanması və döyüş sursatlarının zərərsizləşdirilməsi ilə məşğul olan şirkətə məxsusdur.
Güloğlan Məmmədov İctimairey.az