Təhvil veriləcək kəndimiz yoxdur – Simonyan

0

“Ermənistan Respublikası öz ərazisinin heç bir hissəsini müzakirə predmeti etmir. Belə sual hətta müzakirə edilə bilməz”.

İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O qeyd edib ki, Ermənistan Respublikasında kiməsə təhvil veriləcək kənd yoxdur:

“Ermənistan Sovet Ermənistanının yaradılmasından tutmuş, Ermənistanın müstəqilliyinə qədər bütün illərin xəritələrində öz ərazisini dəqiqliklə göstərə bilər. Biz 21 sentyabrda Ermənistan Respublikasının Müstəqillik Gününü qeyd edəndə konkret nəyisə qeyd edirik, ya yox? Əlbəttə ki, konkret olanı”.

Simonyan deyib ki, Ermənistan Respublikası sərhədin yerini dəqiq bilir, orada yaşayan Tavuş sakinləri də bunu bilirlər.

“Ermənistan Respublikasının bütün hakimiyyət orqanları bunu çox gözəl bilirdilər. Biz də Gürcüstana gələndə həmişə bu hissəni görürdük. Biz hər hansı yeni məlumatdan danışmırıq”, – deyə Alen Simonyan bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »