Rusiyaya qarşı sanksiyalardan yayınmırıq – Tiflis

0

Gürcüstan hakimiyyəti 2022-ci ildən bəri tətbiq edilən antirusiya sanksiyalarının pozulması ilə bağlı heç bir fakt aşkar etməyib.

İctimai Rəy xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Laşa Xuçiaşvili deyib.

“Gömrük idarəsinin səmərəli işinin nəticəsidir ki, antirusiya sanksiyalarının tətbiq edildiyi dövrdən bəri bir dənə də olsun yayınma və ya pozuntu halı qeydə alınmayıb. Sanksiyaların tətbiq olunduğu ilk gündən Maliyyə Nazirliyində sanksiyalara məruz qalan mallara və fiziki şəxslərə nəzarət edən xüsusi qrup yaradılıb”, – Xuçiaşvili bildirib.

Onun sözlərinə görə, sanksiyaların tətbiqindən bu günə kimi məhdudiyyətlərə məruz qalan 1,7 mindən çox yükün Gürcüstan ərazisindən daşınmasına icazə verilməyib.\\axar.az\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »