SEPAH-ın raketi “geri” qayıtdı, 11 əsgər yaralandı

0

SEPAH-ın Sistan və Bəlucistan əyalətinin Çabahar şəhəri yaxınlığında keçirdiyi “Peyambər-i Əzəm 18” hərbi təlimi zamanı 11 hərbçi xəsarət alıb.

İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr sosial mediada məlumat yayıblar.

Bildirilib ki, SEPAH-ın şərti düşmənə raket hücumunu simulyasiya etdiyi zaman texniki nasazlıq səbəbindən buraxılan reketlərdən ikisi geri qayıdaraq raket buraxılışı platformasının yaxınlığına düşüb.

Yaralı SEPAH üzvlərinin Çabahar şəhərinin “Seyyid əl-Şühəda” xəstəxanasına yerləşdirildikləri, bir neçəsinin durumunun ağır olduğu bildirilir.

Qeyd edək ki, yanvarın 10-da keçirilən genişmiqyaslı təlim zamanı buraxılan raketlərdən üçü Çabaharın neft-kimiya zavoduna düşüb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »