Ukraynada türk jurnalistlərin qaldığı otelə raket düşdü – Video

0

Ötən gecə Ukraynanın Xarkov şəhəri Rusiya tərəfindən raket hücumuna məruz qalıb.

İctimai Rəy Oxu.az-a istinadən xəbər verir ki, Ukrayna-Rusiya müharibəsini işıqlandıran Türkiyənin “Anadolu” xəbər agentliyinin əməkdaşlarının qaldığı “Park Otel”ə də iki raket düşüb.

Partlayış nəticəsində otelin yuxarı mərtəbələri xarabalığa çevrilib, bina alovlanıb. Jurnalistlər hoteli kiçik xəsarətlərlə tərk edə biliblər. Əməkdaşların ikisi də yoxlamalar üçün xəstəxanaya göndərilib.

Həmçinin komandanın istifadə etdiyi avtomobil də otelin yaxınlığındakı bir çox digər maşın kimi, zədələnərək yararsız hala düşüb.

Ukraynanın Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov sosial media hesabından verdiyi açıqlamada hücumun S-300 raketləri ilə həyata keçirildiyini bildirib.

30-dan çox mülki şəxsin olduğu otelin vurulduğuna diqqət çəkən Sinequbov qeyd edib ki, hadisə zamanı 11 nəfər yaralanıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »