Roma Papası xəstəxanaya yerləşdirilib

0

Roma Papası Fransisk planlaşdırılmış tibbi müayinələr üçün Romadakı Cemelli klinikasına yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Vatikan 86 yaşlı pontifikin klinikaya gedişi ilə bağlı təfərrüatları açıqlamasa da, bunun əvvəlcədən planlaşdırıldığını qeyd edib.

Xatırladaq ki, 2021-ci ilin yayında Cemelli klinikasında Fransiskin yoğun bağırsağının yarısı kəsilib götürülüb, Papa da bağırsaq əməliyyatından sonra 10 gün orada qalıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »