Fransa, Danimarka, İspaniya, İtaliya, Çexiya və Almaniya AB-nin İrana qarşı yeni sanksiyaları ilə bağlı təkliflər təqdim edib.
Bu barədə “SPIEGEL” məlumat yayıb.
Bildirilir ki, İranda qadınların etirazlarını vəhşicəsinə yatırdıqlarına görə ümumilikdə 16 nəfər, təşkilat və quruma sanksiya tətbiq ediləcək.
Qeyd edilir ki, siyahıda olanlar ilk növbədə İranın repressiv aparatının üzvləridir.