Ər arvadına 20 bıçaq zərbəsi vurdu

0

Kürdəmir sakini arvadına 20 bıçaq zərbəsi vurub.

İctimairey.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, kənd sakini, 23 yaşlı Dürbəst Nuralı qızı Bəkirova ilə əri, 33 yaşlı Rəcəb Qurban oğlu Bəkirov arasında ailə münaqişəsi zəmnində mübahisə yaranıb. Mübahisə zamanı R.Bəkirov arvadına D.Bəkirovaya 20 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Yaralı qadın ətrafdakıların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər üzərində cərrahiyyə əməliyyatı aparılan yaralı qadının vəziyyətini ağır olduğunu bildiriblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

D.Bəkirovanı bıçaqlamaqda şübhəli bilinən R.Bəkirovun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri başlanılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »