Rusiya aviaşirkəti Bakı-Sankt-Peterburq marşrutu üzrə birbaşa uçuşlara başlayır

0

Rusiyanın “UTair” aviaşirkəti iyuldan Bakı-Sankt-Peterburq marşrutu üzrə birbaşa uçuşlara başlayır.

Aviaşirkətin yaydığı məlumata əsasən, bu barədə şirkətinin prezidenti Oleq Semenov bildirib.

“Bu il biz Azərbaycana marşrut şəbəkəsini xeyli genişləndirmişik. İlin əvvəlindən Moskvadan Gəncə və Naxçıvana, Moskva, Surqut və Tümendən isə Bakıya birbaşa reyslər açılıb. İyun ayında Qroznı və Ufadan Bakıya aviareys açdıq, iyuldan isə Sankt-Peterburqdan uçuşlara başlamağı planlaşdırırıq. Biz yeni marşrutlar açmağa davam edəcəyik ki, sərnişinlərimiz həm Rusiyada, həm də MDB məkanında sərbəst şəkildə birbaşa uçuşlar həyata keçirə bilsinlər”, – Oleq Semenov bildirib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »