Ermənistan höküməti: Qadınlar yüksək vəzifələrə təyin edilib. Anna Vardapetyan  baş prokuroru seçilib- FOTO

0
“Mülki müqavilə” fraksiyası Ermənistanın baş prokuroru vəzifəsinə baş nazir Nikol Paşinyanın köməkçisi Anna Vardapetyanı seçib.
 Qapalı (gizli) səsvermənin nəticələrinə görə, Anna Vardapetyanın lehinə 70 deputat səs verib, əleyhinə səs verən olmayıb.
 Anna Vardapetyanın namizədliyi “Mülki müqavilə” fraksiyası tərəfindən irəli sürülüb. O, sentyabrın 15-də Milli Məclisdə and içdikdən sonra, vəzifəsinin icrasına başlayacaq.
 Müxalif “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları parlamentin iclaslarını boykot etdikləri üçün səsvermədə iştirak etməyiblər.
Xatırladaq ki, Ermənistanın baş prokuroru Artur Davtyanın səlahiyyət müddəti sentyabrın 16-da başa çatır.
 Anna Vardapetyan parlamentdəki çıxışında bildirib ki, onun diqqət mərkəzində olan və olacaq bir nömrəli vəzifə gecikmiş ədalətdir. O, Ermənistanda himayəçiliyin istisna edilməsini də vacib hesab edib.

Qeyd edək ki, Seda Səfəryanın da Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Baş nazir Nikol Paşinyan bildirib ki, Seda Səfəryan vəkilliyi ilə tanınır. Hökumətin iclasında iştirak edən Seda Səfəryan ona göstərilən etimada görə minnətdarlığını bildirib.Verelq News | Двое объявлены в розыск по делу о насилии в отношении дочери  и родственников адвоката

“Məni bu yüksək vəzifəyə təyin etdiyinizə görə peşman olmayacaqsınız” deyib.

Nikol Paşinyan qeyd edib ki, Seda Səfəryan Milli Məclis tərəfindən seçiləcək: “Mülki Müqavilə” siyasi qərar verib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »