Rusiyadan qalmaqal yaradacaq daha bir qərar: Talibanı tanıyacaqlar

0

Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulova verdiyi açıqlamada, Əfqanıstanda idarəçiliyi ələ keçirən Talibanı tanıya biləcəklərini ifadə edərək, Rusiyanın Talibanla bağlı narahatlığının azaldığını ifadə edib.

Əfqanıstanda Taliban bütün ölkəyə nəzarəti ələ keçirdikdən sonra, bir çox ölkə Taliban administrasiyasını tanımamaq qərarına gəlib. Ukraynaya hücumlarına görə, dünya ilə qarşı-qarşıya qalan Rusiya Əfqanıstanda idarəçiliyi ələ keçirən Talibanı tanıya biləcəklərinin siqnalını verib.

 “Belə bir ehtimal mütləq var”

Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Rusiyanın Taliban administrasiyasını tanıması ehtimalını dəyərləndirərək, “Belə bir ehtimal mütləq var. Bunu həm Rusiya prezidenti Vladimir Putin, həm də Rusiyanın xarici işlər naziri Sergey Lavrov yekunlaşdırır. Bu istiqamətdə atılacaq ilk addımlar üçün, inklüziv hökumət formalaşmalıdır. Biz bunu daha gizlətmirik. O, yazılı şəkildə əfqan tərəfdaşlarımıza ötürüləcək. “Biz ABŞ-ın və ya digər ölkələrin bu qərara münasibətinə baxmayacağıq.

“TALİBAN ARTIQ MƏRKƏZİ ASİYA üçün təhlükə deyil”

Kabulov “Taliban”ın artıq Orta Asiya üçün təhlükə olmadığını bildirib və “Hazırda Əfqanıstana rəhbərlik edən Taliban hərəkatı artıq Mərkəzi Asiya üçün təhlükə yaratmır. Ən azı, onların Özbəkistan və Türkmənistanla yaxşı inkişaf etmiş uzunmüddətli siyasi və diplomatik əlaqələri var”, o bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »