BU gün: İrəvanda KTMT PA Şurasının iclası keçiriləcək

İyunun 6-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası Şurasının iclası keçiriləcək.

İclasa Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin sədrlik edəcək.

Bu tədbirin gündəliyi çərçivəsində KTMT-nin baş katibi Stanislav Zas iclas iştirakçılarını Təşkilatın məsuliyyət zonasındakı vəziyyət, kollektiv təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri, KTMT çərçivəsində bağlanmış beynəlxalq müqavilələrin ratifikasiyası barədə məlumatlandıracaq.

İclasda həmçinin KTMT-yə üzv ölkələrin parlament sədrləri ilə görüşlər də nəzərdə tutulub.

Comments are closed.

Tərcümə »