Ursula Leyen: Rusiya dünya nizamına birbaşa təhlükədir.

0

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Tokioda keçirilən Aİ-Yaponiya sammitinin mətbuat konfransında çıxışı zamanı deyib. Onun çıxışından bir fraqment AFP-nin YouTube kanalında mövcuddur.

Avropa İttifaqı rəsmisinin sözlərinə görə, Rusiya və Çin “narahatedici pakt”a girib və “yeni və çox ixtiyari beynəlxalq münasibətlərə” çağırış ediblər. “Çin öz ölkəsinin inkişafında faydalandığı çoxtərəfli sistemi qorumaq üçün, fəaliyyətini gücləndirməlidir” dedi fon der Leyen.

Bundan əvvəl, Ağ Evin mətbuat katibi Cen Psaki bildirmişdi ki, ABŞ bu günə qədər Çin tərəfindən anti-Rusiya sanksiyalarının pozulması faktını qeydə almayıb. Psaki qeyd edib ki, Vaşinqton baş verənləri diqqətlə izləməyə davam edəcək. Bundan əlavə, o, ABŞ-ın bir sıra Çin malları üçün rüsumlar məsələsini Çin-Rusiya münasibətlərindən ayrı nəzərdən keçirməyə çağırıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »