SON DƏQİQƏ: Apple artıq dünyanın ən varlı şirkəti deyil

0

SON DƏQİQƏ: Apple artıq dünyanın ən varlı şirkəti deyil

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” kapitallaşmaya görə “Apple”ı ötüb və dünyada birinci olub.

İctimairey.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, neft şirkətinin kapitallaşması 2,43 trilyon dollar, Apple isə 2,42 trilyon dollar dəyərində qiymətləndirilir.

Tower Bridge Advisors baş investisiya direktoru Ceyms Meyer verdiyi açıqlamada, “Siz Apple-ı biznes və ya əsasları baxımından Səudiyyə Aramco ilə müqayisə edə bilməzsiniz, lakin əmtəə bazarı üçün perspektiv yaxşılaşdı” deyib.

O vurğulayıb ki, enerji şirkətləri enerji bazarında inflyasiya və məhdud təklifdən faydalanır. Həmçinin qeyd olunur ki, rolların tərsinə çevrilməsi qlobal iqtisadiyyatda fəaliyyət göstərən əsas oyunçuların gücünü nümayiş etdirir.

“Apple” 2020-ci ildən kapitallaşmaya görə birinci yerdədir.  2022-ci ilin əvvəlində bu rəqəm tarixdə ilk dəfə 3 trilyon dollar həddini keçib, lakin o vaxtdan bəri şirkətin dəyəri 19% azalıb, Saudi Aramco-nun kapitallaşması isə 27% artıb.

Daha əvvəl bildirilib ki, Səudiyyə Ərəbistanının neft hasilatını artırmaq istəməməsi dünyanı tənəzzülə sürükləyə və qlobal problemləri daha da dərinləşdirə bilər.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »