Havanada beşulduzlu otelində dəhşətli partlayış: azı 22 nəfər həlak olub- VİDEO

0

Kubanın paytaxtı Havanadakı ən eksklüziv beşulduzlu otellərdən birində baş verən güclü partlayış nəticəsində azı 22 nəfər ölüb, 60-dan çox adam xəstəxanaya yerləşdirilib.

Ehtimal olunur ki, Köhnə Havanadakı Saratoqa otelinin qarşısında dayanmış yanacaq daşıyan yük maşını alovlanıb və partlayış binanın bir neçə mərtəbəsini dağıdıb.

Tarixi otel pandemiyadan qısa müddət sonra yenidən açılmalı idi. İndi xarabalığa döndü. Hazırda dağıntılar altında qalan insanların tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.

Kuba prezidenti bildirib ki, ölənlər arasında hamilə qadın və uşaq da var. Yaralıların müalicəsi yaxınlıqdakı xəstəxanalarda davam etdirilir.

Hadisə şahidləri partlayışdan sonra qara tüstü və toz buludlarının səmaya qalxdığını gördüklərini bildiriblər.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »