Elon Musk sarı ayaqlı quş növünü təhlükə altına almaqda ittiham olunur- FOTO

0

Amerikalı ekoloqlar SpaceX-dən Starship raketini sınaqdan keçirmək üçün, icazə almamışdan əvvəl nəsli kəsilməkdə olan növlərə dəyən zərəri azaltmağı tələb edirlər. Bu barədə CNBC telekanalı ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinin sənədlərinə istinadən məlumat yayıb.

Açıqlanan məlumatlarına görə, Boka Çika kosmodromunun ətrafında sarı ayaqlı quş növünün sayının son zamanlar azalması SpaceX-in Texasda yeni kosmodrom tikmək üzrə fəaliyyəti ilə bağlı ola bilər.Ягуарунди — Википедия

Yeni Starship raketinin sınaq buraxılışları üçün şirkət ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) icazə almalıdır və bu icazənin verilməsi üçün, müsbət ekoloji baxış qərarı tələb olunur. Bu nöqtədə FWS hesab edir ki, “SpaceX FAA tərəfindən təsdiqlənmiş layihəni davam etdirsə, bu, yüzlərlə hektar qorunan növlərin yaşayış sahəsinə təsir göstərəcək, baxmayaraq ki, onları tamamilə məhv etməyəcək.” Kosmodromun sarıayaqlıların, yaquarundi, ocelotlar və bir neçə növ dəniz tısbağalarının cütləşməsinə, miqrasiyasına, sağlamlığına və yaşayış mühitinə təsiri ən böyük narahatlıq doğurur.Ягуарунди (лат. Puma yagouaroundi)

Müntəzəm nəqliyyat vasitələrinin hərəkətindən tutmuş səs-küy, istilik, partlayışlar və tikinti, raket sınaqları və buraxılışlar nəticəsində yaranan yaşayış mühitinin parçalanmasına qədər hər hansı bir pozuntu və zərər səbəb ola bilər.Морские черепахи — Википедия

Elon Maks fevral ayında bildirib ki, əgər Texasdakı tənzimləyici maneələr keçilməz olarsa, onun şirkəti Starship və Superheavy buraxılış sahəsini Floridaya köçürə bilər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »