SON DƏQİQƏ:  Əfqanıstanda etirazçılar İran konsulluğunun binasını yandırıblar

0

İranda əfqan vətəndaşlarına qarşı pis rəftarına etiraz edənlər Əfqanıstanın Herat şəhərində İran konsulluğunun binasının qapılarını yandırıblar, digər şəhərlərdə də nümayişlər keçirilib,

İctimairey.az yerli KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, yerli təhlükəsizlik xidmətləri bir neçə nümayişçinin saxlanması barədə məlumat verib.

Paytaxt Kabil və Xost şəhərlərində də etiraz aksiyaları keçirilib.

İranın Kabildəki səfirliyində etirazçılar İranı əfqanların məcburi deportasiyasını, eləcə də İranda Əfqanıstan vətəndaşlarına qarşı zorakılığı dayandırmağa çağırıblar, Tolo News xəbər verir. Onlar sosial şəbəkələrdə İranda əfqanların zorakılığa məruz qalması ilə bağlı yayılan videolardan narazılıqlarını bildiriblər.

Bununla belə, kanalın qeyd etdiyi kimi, İran səfirliyi bu videoları bir sıra şəxslərin Kabil və Tehran, eləcə də iki ölkə xalqları arasında münasibətləri pisləşdirmək cəhdi adlandırıb.

Qeyd edək ki, etiraz aksiyaları sosial şəbəkələrdə əfqan qaçqınların İran polisi tərəfindən döyülməsini əks etdirən videonun dərcindən sonra baş verib. “İrana ölüm! İranın Heratdakı konsulluğu qarşısında toplaşan etirazçılar İran qatil dövlətdir!” – deyə AFP-nin müxbiri xəbər verir. Etirazçılar dağılışmazdan əvvəl İran bayrağını yandırıb və konsulluğun təhlükəsizlik kameralarını sındırıblar.Проблемы афганских беженцев для Ирана и Турции - Pars Today

Agentlik bildirir ki, Taliban hakimiyyəti ələ keçirdikdən sonra İranda əfqan qaçqın və miqrantların sayı beş milyona çatıb.

Bundan əlavə, son vaxtlar İranda qeyri-qanuni əcnəbi miqrantların cərimələnməsi halları artıb ki, bu da bu ölkədəki əfqanları narahat edir.

Əfqanıstan vətəndaşının Məşhəddəki İmam Rza məqbərəsində iki ilahiyyatçı tələbəyə bıçaqla hücumundan sonra əfqan qaçqınları bu ölkədə təqib və təzyiqlərin artdığını bildirirlər.

Bu arada AzadlıqRadiosunun əfqan xidməti xəbər verib ki, bir sıra mülki fəallar İranın Kabildəki səfirliyi qarşısında toplaşaraq “İranda əfqanlara qarşı pis rəftarın” dayandırılmasını tələb ediblər. Etirazçılar “İran polisinin əfqan qaçqınlara qarşı pis rəftarını” “insan hüquqlarının açıq şəkildə pozulması” adlandırıblar.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »