Putin göstəriş verdi, indi də bu ölkə ilə sərhədə ağır hərbi texnika yerləşdirildi – Yeni müharibə başlayır?

0

Putin göstəriş verdi

Finlandiya və İsveçin NATO-ya daxil olma ehtimalından sonra Rusiya ordusu yenidən hərəkətə keçib.

İctimaiRey.az bildirir ki, prezident Vladimir Putinin göstərişi ilə Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirilib. Kremlin sözçüsü Dmitriy Peskov dünən Moskvada verdiyi açıqlamada, NATO-nun münaqişə aləti olduğunu vurğulayıb.

O, “NATO sülh və sabitliyi təmin edən bir ittifaq deyil, Alyans münaqişə alətidir. Alyansın daha da genişlənməsi, şübhəsiz ki, Avropada təhlükəsizliyi artırmayacaq”, – deyə qeyd edib.

Putin göstəriş verdi, indi də bu ölkə ilə sərhədə ağır hərbi texnika yerləşdirildi

Milli təhlükəsizliyinin təhlükə altına düşəcəyini bildirən Rusiya İsveçin, eləcə də qərb qonşusu Finlandiyanın NATO-ya daxil edilməsinə qarşı olduğunu bildirib.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq aprelin 7-də NATO Xarici İşlər Nazirləri Toplantısındakı çıxışında Ukrayna müharibəsinin aylarla, hətta illərlə davam edə biləcəyini, Finlandiya və İsveçin Alyansa qoşulmaq istəyəcəyi təqdirdə, bu tələbin tez bir zamanda yerinə yetiriləcəyini deyib.

Sözügedən ölkələr 1995-ci ildən Avropa Birliyinin üzvü olsalar da, NATO-nun üzvü deyillər. Rusiyanın Ukraynaya təcavüzündən sonra bu iki ölkənin NATO-ya üzv ola biləcəyi ilə bağlı söz-söhbətlər yenidən gündəmə gəlib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »