Paşinyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisini vəzifəsindən azad edib

0

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan respublikanın baş naziri Nikol Paşinyanın qərarı ilə tutduğu vəzifədən azad edilib.

Müvafiq sərəncamı bu gün, fevralın 24-də prezident səlahiyyətlərini icra edən Alen Simonyan imzalayıb.

Erməni komandirin işdən çıxarılmasının səbəbləri açıqlanmır. Keçən ildən yerli media keçmiş müdafiə naziri David Tonoyan və digər yüksək rütbəli zabitlərin əvvəllər həbs olunduğu “istifadəyə yararsız raketlər” işində müttəhimlərdən biri kimi Artak Davtyanın adını çəkir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »