Azərbaycan quru qoşunlarını təlim həyəcanı vəziyyətinə gətirir

0

Azərbaycan quru qoşunlarını təlim həyəcanı vəziyyətinə gətirir

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir.

Plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunur və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir. Tapşırıqların icrası ilə bağlı komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir.

İctimairey.az-a MN-in Mətbuat Xidmətindən daxil olan məlumata görə, təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.

Komanda-qərargah təlimlərində qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »