SON DƏQİQƏ: DXR rəhbəri Puşilin ümumi səfərbərlik haqqında fərman imzaladı

0

Özünü Donetsk Xalq Respublikasının rəhbəri elan etmiş Denis Puşilin ümumi səfərbərlik haqqında fərman imzalayıb. O, bu barədə öz Telegram kanalında məlumat verib.

Mən ehtiyatda olan həmvətənlərimizi hərbi komissarlıqlara gəlməyə çağırıram. Bu gün mən ümumi səfərbərlik haqqında fərman imzaladım”, – DXR rəhbəri yazıb.

O, həmçinin əllərində silah tutmağı bacaran respublika kişilərini “ailəsinin, övladlarının, arvadlarının, analarının müdafiəsinə qalxmağa” çağırıb.

“Birgə səylərlə hamımız üçün arzu olunan və lazım olan qələbəyə nail olacağıq. Biz Donbası və bütün rus xalqını qoruyacağıq”, – Puşilin bildirib.

Bundan əvvəl Puşilin əhalinin Rusiyaya kütləvi təxliyəsinə başlandığını elan etmişdi. O bildirib ki, Ukrayna Donbassın zorla ələ keçirilməsinə hazırlaşır, vətəndaşların həyatı və sağlamlığı təhlükə altında ola bilər. Nəticədə 2436-sı uşaq olmaqla 6603 sakin rayonu tərk edib.

Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib ki,  DXR və LPR-dən gələn evakuasiya edilmiş əhali qohumlarını və dostlarını ziyarət etmək üçün, şəxsi nəqliyyat vasitəsi ilə gələn vətəndaşlar da daxil olmaqla 10 min rubl məbləğində birdəfəlik ödəmə alacaq.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »