SON DƏQİQƏ XƏBƏR: Yunanıstanda kruiz gəmisində yanğın baş verib

0

SON DƏQİQƏ XƏBƏR: Yunanıstan Sahil Mühafizəsindən verilən açıqlamaya görə, İon dənizində üzən, 237-si sərnişin olan 288 nəfərlə İtaliya bayraqlı kruiz gəmisində yanğın baş verib.

Yunanıstan sahil mühafizəsi Yunanıstandan İtaliyaya gedən 288 nəfəri daşıyan gəmidə yanğının baş verdiyini, ölən və yaralananların olmadığını bildirib.

 Səbəbi hələlik məlum olmayan yanğın İon dənizindəki Korfu adası yaxınlığında baş verib.

 Sahil mühafizəsi gəmidə 237 sərnişin və 51 ekipajın olduğunu və ən azı üç sahil mühafizə gəmisinin xilasetmə əməliyyatına cəlb edildiyini bildirib.

 Rəsmilər xilasedici qayıqlarla təxliyə edilən sərnişinlər və ekipaj üzvlərinin Korfuya aparıldığını bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »