MARAQLI: Niyə Havaydakı Niihau adası 100 ildən çoxdur ki, bağlıdır

0

Niihau Havay arxipelaqının ən kiçik adasıdır. Onun sahəsi cəmi 180 kvadrat kilometrdir. Və bu yer planetin ən təcrid olunmuş yerlərindən biri hesab olunur. 100 ildən artıqdır ki, ona getmək demək olar ki, mümkün deyil. İctimairey.az sizə bu barədə ətraflı məlumat verəcək.

Arxipelaqın yaxınlıqdakı adalar ictimaiyyət üçün açıqdır və zəngin turistlər arasında məşhurdur, lakin bu ada 1864-cü ildə sənaye imperiyasının varlı varisi Elizabet Sinkler tərəfindən Kral V Kamehamehadan 10 min dollara alınıb.

Elizabet ailəsi sayəsində Niihauda ilk fermalar, əkin sahələri yaradılıb. O dövrdə adada cəmi 350 yerli sakin yaşayırdı və 20 minə qədər qoyun var idi ki, bu da bütün adanın fauna və florasına ciddi təsir göstərirdi.

Elizabetin ölümündən sonra, ailənin bütün məsuliyyəti varis nəvəsinin üzərinə düşür. 1915-ci ildə o, adanı kənar şəxslər üçün tamamilə bağlamaq qərarına gəlir. Məsələ burasındadır ki, o, heç olmasa yerli əhalinin real həyatının qalıqlarını qorumaq istəyirdi. Adaya yalnız xüsusi dəvətlə baş çəkmək mümkün idi, bunu da əldə etmək o qədər də asan deyildi.

O andan etibarən praktiki olaraq heç nə dəyişməyib. İndi ada Niihaunun  Bruce və Keyt Sinclairin birbaşa varislərinə məxsusdur. Məkan hələ də bağlıdır. Qeyd etmək lazımdır ki, yerli sakinlərin həyat tərzi, hərəkəti heç bir şəkildə məhdudlaşdırılmır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »