LDPR:  Jirinovskinin ölümü ilə bağlı xəbərləri cinayətkarlar yayıb. Cəzalanacaqlar

0

Rusiya Liberal Demokrat Partiyası partiya üzvlərinə mesaj göndərərək onları siyasi qüvvənin lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı şayiələrə inanmamağa çağırıb.

İctimairey.az xəbər verir ki, bu barədə RİA Novosti xəbər verir.

 “Bu məlumatı cinayətkarlar yayıb”, – məlumatda deyilir.

Liberal Demokrat Partiyası da Jirinovskinin ölümü ilə bağlı şayiələr yayanların tapılması xahişi ilə hüquq-mühafizə orqanlarına müraciət edib.

“Biz günahkarların məsuliyyətə cəlb olunmasını tələb edirik”, – partiyadan bildiriblər.

Xatırladaq ki, Jirinovski fevralın 2-də COVID-19 diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib, ona omikron ştammı diaqnozu qoyulub. Partiyadan bildiriblər ki, o, özünü yaxşı hiss edir və sənədlərlə işləyir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »