Kemerovo vilayətində qaraçı diasporu, azərbaycanlılar və yerli sakinlər arasında böyük münaqişə baş verib..

0

İlk münaqişə şəhər tipli Tyajinski qəsəbəsində yerləşən “Elbrus” kafesində qeydə alınıb.

“Münaqişə Milli Qvardiyanın gözü qarşısında baş verib, nəticədə bir neçə nəfər döyülüb. Sonradan azərbaycanlılar linç təşkil etməyə gediblər və sonra da hadisə yerindən yoxa çıxıblar. Bir neçə gündən sonra, azərbaycanlılar ailəsi ilə maşında gedən ailəyə hücum edib.  Dəyənəklə maşına vuraraq zərərçəkənin ailəsini qorxuya salıblar”, – məlumatda vurğulanır.

Ancaq məsələ bununla da bitməyib, bir neçə saatdan sonra, azərbaycanlılar izdiham halında qaraçıların yaşadığı yerə gəlib, qışqıraraq onlardan kəndi tərk etmələrini tələb ediblər. Polisin çağırılması da kömək etməyib, daha sonra vilayət mərkəzindən polislər gəlib. Həmin vaxt heç kim saxlanılmayıb.

Növbəti gün isə xuliqanlığa görə cinayət işi açılıb və davanın təşkilatçılığında təqsirkar hesab olunan Aslan, Namiq və Emil Bayramovlar axtarışa veriliblər. Onları 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Daha bir məlumata görə, davanın təşkilatçılığında təqsirkar bilinən azərbaycanlılar artıq saxlanılıb.

***

Yerli sakinlərin sosial şəbəkələrdə yazdığına görə, kafedə dava zamanı qaraçılar qadının çənəsini sındırıb, azərbaycanlı onun müdafiəsinə qalxanda kişilər arasında çəkişmə başlayıb. Eyni zamanda qeyd olunur ki, azərbaycanlılarla qaraçılar arasında münaqişə və davalar bir neçə gündür davam edib. Lent.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »