Türkiyə: Ermənistan fürsətdən istifadə edib öz mövqelərinə yenidən baxmalıdır  

0

İctimairey.az xəbər verir ki,  bu gün, fevralın 10-da  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibə verib.

Müsahibədə Türkiyənin xarici işlər naziri bildirib ki, Rusiyanın Ukraynaya qaçılmaz müdaxiləsi ilə bağlı Qərb iddiaları Ukrayna iqtisadiyyatına zərbə vurur və “meqafon diplomatiyası” reallıqdan uzaqdır və eskalasiyanın azalmasına gətirib çıxarmır. Çavuşoğlu  Ankaranın bu münaqişə ilə bağlı mövqeyini açıqlayıb:

“Eyni zamanda, hazırkı mərhələdə eskalasiya səviyyəsini azaltmaq və etimad mühiti yaratmaq üçün atılan addımlar vacibdir. Vəziyyət Qərbdə təsvir olunduğu qədər dəhşətli deyil, amma ciddidir… Türkiyə həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətləri olan bir ölkə kimi onsuz da belə vəziyyətlərin mövcud olduğu regionda yeni qarşıdurma mərhələsinə, çoxlu münaqişələrə qarşı çıxır. Biz vəziyyətin gərginliyini azaltmaq üçün addımlar atırıq. Tərəflərlə təmaslar davam edir. Bu təmasların bəziləri barədə ictimaiyyətə məlumat verilir. Diplomatik kanallarla cəhdlər edilir… Ukrayna vasitəçiliyə razıdır. Rusiya da qapıları bağlamayıb. Biz Rusiya tərəfindən Rusiya liderinin səfərinin tarixini açıqlamağı xahiş etdik. Bölgədə sülh və əmin-amanlıq, iqtisadi inkişaf istəyən hər kəs balanslaşdırılmış siyasətə əməl etməlidir.

Türkiyənin xarici işlər naziri Yunanıstanla münasibətlərə toxunub:

“Əgər Afina adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməsə, Yunanıstanın adalar üzərində suverenliyi məsələsi sual altında qalacaq… Afinada bizə Yunanıstanın həddindən artıq qeyri-qanuni miqrantlara məruz qaldığı bildirilir. Amma, bu onlara insan hüquqlarını pozmaq hüququ vermir. Bu gün Türkiyədə 5 milyona qədər qaçqın və miqrant var. İndi biz neyləyək? Hamısını dənizəmi ataq, zorla xaricə sürgünmü edək?

Çavuşoğlu Kipr münaqişəsindən danışarkən qeyd edib:

“Uzun illər davam edən danışıqların nəticəsiz qalmasının səbəbi Kipr yunanlarının mövqeyidir. Adada federal birləşmiş dövlətin yaradılması mövzusu artıq müzakirə olunmayacaq”.

Türkiyənin xarici işlər naziri son olaraq “Türkiyə və Azərbaycanın gələcəyi və taleyinin bir-biri ilə sıx bağlı olduğunu” vurğulayaraq, Ermənistanla əlaqələrdən danışıb:

“Ermənistan fürsətdən istifadə etməli və mövqelərinə yenidən baxmalıdır. Türkiyə və Ermənistanın xüsusi nümayəndələri fevralın 24-də Vyanada görüşəcəklər. Görüş yeri Ermənistan tərəfindən təklif edilib və biz buna qarşı çıxmamışıq. Türkiyə Ermənistanla bağlı addımları Bakı ilə hər mərhələdə müzakirə edir. Azərbaycan da Ermənistanla uzunmüddətli sülhün tərəfdarıdır. Biz sadəlövh deyilik. Eyni zamanda, qəti addımların atılmasının vacibliyini dərk edirik”.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »