Jirinovski: 100 kiloqramdan çox çəkisi olan deputat seçilə bilməz

0

Vladimir Jirinovski özünü yaxşı hiss edir. Sənədlərlə işləyir…

Koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən LDPR partiyasının lideri Vladimir Jirinovski özünü yaxşı hiss edir. Bu barədə cümə axşamı, fevralın 10-da partiyanın mətbuat xidmətindən məlumat verilib.

“Jirinovskinin səhhəti normaldır, sənədlərlə işləyir və sifarişlər tapşırıqlar göndərir”, –  LDPR mətbuat xidməti xəbər yayıb.

LDPR-dən olan Dövlət Dumasının deputatı Dmitri Svişçev RİA Novosti-yə bildirib ki, Jirinovskinin müalicəsi planlaşdırılmış şəkildə aparılır və hər şey həkimlərin nəzarəti altındadır.

Bir gün əvvəl Rusiya Səhiyyə Nazirliyi Jirinovskinin fevralın 2-dən Omicron virusu ilə xəstəxanada olduğunu, hazırda vəziyyətinin stabil olduğunu açıqlamışdı.

Xatırladaq ki, “Rusiya hakimiyyəti 100 kiloqramdan çox çəkisi olan şəxslərin seçkilərdə iştirakını qadağan etməlidir”. Belə bir təşəbbüslə Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Vladimir Jirinovski çıxış edib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »