Liviya sahillərində üzərində Putinin təsviri olan yüzlərlə paket narkotik tapılıb

0

Liviyada, El Marj şəhəri yaxınlığındakı sahildə yerli sakin böyük miqdarda narkotik partiyası tapıb. Onların üzərində Rusiya prezidenti Putinin şəklinin olması diqqət çəkir.

İctimairey.az xəbər verir ki, bu barədə “The Libya Observer” nəşri məlumat yayıb.

Narkotiki fevralın 5-də yerli sakin tapıb. Partiyada üzərində Putinin şəkli olan 323 ədəd həşiş paketi olub. Kişi tapıntı barədə polisə məlumat verib. Bir neçə gün əvvəl Liviyanın şərqindəki bir neçə çimərlikdə də kolumbiyalı narkobaron Pablo Eskobarın təsviri olan həşişin böyük partiyası tapılıb. Ehtimal olunur ki, müxtəlif çimərliklərdə həşişin peyda olması, narkotik alverçilərindən biri üçün nəzərdə tutulmuş qaçaqmalçılıq partiyasının dənizdə batdığını göstərə bilər.

Müxtəlif ölkələrdə polis əməkdaşları tərəfindən ələ keçirilən narkotik paketlərinin üzərində böyük şirkət və təşkilatların loqolarına tez-tez rast gəlinir. 2014-cü ildə Kolumbiyada Yamaha və Kia loqoları olan paketlərdə yeddi ton kokain müsadirə edilib. Nəşr izah edib ki, narkotik alverçiləri digər qrupların tərəflərindən fərqləndirmək üçün, mallarını müəyyən loqo ilə işarələyirlər.

 

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »