Gürcüstan ABŞ-dan “Javelin” raket kompleksləri alacaq

0

Gürcüstan hökuməti ABŞ-dan tank əleyhinə “Javelin” raket kompleksləri alacaq. Silahları almaqda məqsəd ölkənin müdafiə qabiliyyətini artırmaqdır.

Amerikanın “Javelin” raket kompleksləri daşına bilən tank əleyhinə raket sistemidir. Zirehli texnikaları və aşağı sürətlə uçan hədəfləri (vertolyotlar və s…) vurmaq üçündür.

İctimairey.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin yanvarın 31-də keçirilən iclasında məlumat verib.

Baş nazir deyib ki, ABŞ Dövlət Departamenti 2021-ci ildə Gürcüstana 30 milyon dollar dəyərində əlavə “Javelin” raketlərinin satışı barədə qərar qəbul edib. Gürcüstanın Müdafiə Nazirliyi “Javelin” qurğularını iki ölkə arasında imzalanmış saziş əsasında sürətləndirilmiş qaydada alacaq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »