Pakistan Ermənistanla münasibətləri normallaşdırmaqda Türkiyədən nümunə götürə bilər

0

Pakistan ənənəvi olaraq, Ermənistanda narahatlıq yaradır. Bu, ilk növbədə, onun Azərbaycan Silahlı Qüvvələrinə hərbi məhsulların ən böyük tədarükçülərindən biri statusu ilə bağlıdır, – Pol Antonopoulos yanvarın 30-da Yunanıstanın City Times portalında dərc olunmuş məqaləsində yazır. Ictimairey.az

“Pakistan da Türkiyə və Azərbaycanla həmrəyliyini nümayiş etdirərək, Ermənistanı tanımayan dövlətdir. Bunun müqabilində bu ölkələr Pakistanı beynəlxalq forumlarda, o cümlədən onun Maliyyə Fəaliyyət İşçi Qrupunun (FATF) boz siyahısından çıxarılması və İslamabad ilə Yeni Dehli arasında uzanan mübahisə olan Kəşmir məsələsində dəstəkləyir.”

“2017-ci ildə Pakistanın Azərbaycanla tərəfdaşlığı 2018-ci ildə təhvil verilmiş 10 ədəd PAC MFI-17 Mushshak təlim təyyarəsinin alınması ilə bağlı müqavilənin imzalanması ilə möhkəmlənib. Azərbaycan həmçinin ilkin olaraq, Çin tərəfindən hazırlanmış Rusiya istehsalı olan RD-93 mühərrikli JF-17 Block 3 qırıcı-bombardmançı təyyarələrinin alınması üçün, Pakistanla danışıqlar aparır. Bu, hər iki tərəf üçün maneə var, çünki istənilən JF-17 müqaviləsi alıcının ölkəsinə ixrac edilməzdən əvvəl Rusiyadan icazə tələb edir. Bu, Çin RD-93 mühərrikini daxili istehsalı ilə əvəz edənə qədər davam edəcək” – deyə yunan siyasi müşahidəçisi qeyd edir.

Nəşrin müəllifi Pakistanın niyə Ermənistanla düşmənçilik etdiyini, Türkiyə və Azərbaycanı dəstəklədiyini soruşduqda, kifayət qədər sadə cavab verib: “Ermənistanın Hindistanla yaxşı münasibətləri var ki, bu da Pakistanı narahat edir”.

“2020-ci ildə Qarabağ müharibəsi zamanı Pakistan Azərbaycana açıq dəstək verib. Onun Ermənistana qarşı birbaşa və ya dolayı hərəkətləri münaqişənin yeni müharibəyə çevrilməsi riskini yaradıb… Türkiyə, Azərbaycan və Pakistan arasında müdafiə sahəsində üçtərəfli əməkdaşlığın artması, Qərbi Asiyada yalnız gərginliyə səbəb olacaq, çünki onların müttəfiqliyi Ermənistanı zəiflədəcək, əgər ki,  Rusiya kimi böyük dövlət Ermənistanı dəstəkləməsə. Ermənistanın mövqeyi yalnız Rusiya hərbi bazasının yerləşdirilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi Birliyinə üzvlük sayəsində təhlükəsizdir”, – Antonopulos bildirib.

Pakistan Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin güclü tərəfdarıdır və Türkiyə Azərbaycan ordusunu öz hərbi institutlarında hazırlayır. Müttəfiqliyə qarşı durmaq və ya mövqeyini tarazlaşdırmaq üçün Ermənistan Rusiya və digər ölkələrlə daha strateji ittifaqlar qurmalı, qoşunların döyüş qabiliyyətini artırmaq üçün birgə hərbi təlimlər keçirməlidir. Ermənistan müharibədə məğlubiyyətinin səbəbi kimi Pakistan, Türkiyə və Azərbaycanın müttəfiqliyini hesab edir, eyni zamanda onlarla münasibətləri bərpa etmək və normallaşdırmaq üçün imkanlar axtarır.

2022-ci il yanvarın 14-də Türkiyə və Ermənistan arasında danışıqların ilk raundu Moskvada baş tutub və 2022-ci ilin fevral ayının ilk həftəsinə qədər İstanbul və İrəvan arasında kommersiya uçuşlarının başlanması da elan edilib.

Son zamanlar Ermənistanın Pakistanla da münasibətlərini dəyişmək istədiyi aydın görünür. Müəllif hesab edir ki, İslamabad əvvəllər Yerevanın təkliflərinə cavab verməyib, lakin Türkiyə dialoqu inkişaf etdirməyə çalışdığı üçün, tezliklə diplomatik münasibətlərin qurulması təklifini nəzərdən keçirə bilər.

“Pakistanın Ermənistanın müstəqil dövlət kimi tanınmaması mövqeyini qoruyub saxlayacağını, yoxsa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2021-ci ilin oktyabrında sorğusu ilə dialoqa başlayacağını zaman göstərəcək. Ermənistanın keçmiş prezidenti (Armen Sarkisyan) Pakistanla əlaqə yaratmalıdır.” Antonopoulos yekunlaşdırıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »