SON DƏQİQƏ: Sudan Əl-Cəzirə telekanalının ölkədə fəaliyyət göstərməsini qadağan etdi

0

Sudan hakimiyyəti Qətərin Əl-Cəzirə telekanalının ölkədə işləmək icazəsini ləğv edib və onun əməkdaşlarına Sudan ərazisində olmaq qadağan edilib.

İctimairey.az xəbər verir ki, bu barədə telekanalın bu gün, yanvarın 16-da “Twitter” səhifəsində dərc olunmuş məlumatında deyilir.

“Sudan hakimiyyəti canlı yayım edən (Xartumdan) Əl-Cəzirə telekanalının lisenziyasının ləğv edildiyini və onun çəkiliş qrupunun bu ölkədə işləməsinə qadağa qoyulduğunu elan edib”.

Sudan hakimiyyətinin qəbul etdiyi qərarın səbəbləri açıqlanmır.

Xatırladaq ki, iki aydan çoxdur ki, Sudanda ordunun baş komandanı Əbdülfəttah əl-Burhanın ölkədə fövqəladə vəziyyət elan etmək, hökuməti buraxmaq qərarına görə, etiraz iğtişaşları davam edir və onun başçılıq etdiyi Suveren Şura Əl-Burhanın keçidi qorumaq və 2023-cü ilin ortalarında seçkiləri təşkil etmək vədlərinə baxmayaraq, etirazçılar ordunun dərhal siyasi həyatdan tamamilə çıxarılmasını tələb edirlər.

Bir çox siyasi hərəkatlar ötən il oktyabrın 25-də baş verənləri hərbi çevriliş hesab edir.

Qeyd edək ki, Əl-Cəzirə telekanalı ərəb dünyasının ən böyük telekanallarından biridir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »