Facebook Vyanada keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin səhifəsini bloklayıb

0

Facebook sosial şəbəkəsi yanvarın 14-də hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə, Vyanada keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəsmi səhifəsini bloklayıb.

İctimairey.az xəbər verir ki, bu barədə bu gün, yanvarın 16-da Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov TASS-a bildirib.

“Cümə günü Facebook qadağan olunmuş məzmunu əsas gətirərək, nümayəndə heyətinin səhifəsini qadağan edib” Qavrilov detibdi.

Onun sözlərinə görə, nümayəndə heyətinin nümayəndələri, bu sosial şəbəkədəki öz səhifələrində yalnız Rusiya rəhbərliyinin və Rusiya Xarici İşlər Nazirliyinin bəyanatlarını dərc ediblər.

Bununla əlaqədar olaraq, nümayəndə heyəti problemi qeyd etmək üçün, ATƏT rəhbərliyinə müraciət etmək niyyətindədir.

Xatırladaq ki, 2021-ci ilin fevralında Vyanada danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin hesabı artıq Twitter mikrobloqlar şəbəkəsi tərəfindən bloklanmışdı.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »