Yaponiyada qaçmış 50 nəhəng emu dəvəquşu axtarılır

0

Yaponiyanın Kyuşu adasındakı Kikuçi şəhərinin yanğınsöndürənləri və bələdiyyə rəsmiləri fermadan qaçan 54 nəhəng emu quşunu axtarırlar.

İctimairey.az bu barədə NHK telekanalına istinadən xəbər verir.

İlkin məlumatlara görə, dəvəquşular otlaq sahəsini əhatə edən hasarı dağıtmağa müvəffəq olublar.

Telekanalın məlumatına görə, bu vaxta qədər onlar 30-dan bir az çox dəvəquşu tuta biliblər. Qalan quşların axtarışı davam edir, polis də əməliyyata qoşulub.

Emu dəvəquşu insanlar üçün xüsusi təhlükə yaradır, çünki onlar saatda 50 kilometrə qədər sürətə qaça bilir və uzun məsafələri tez qət edir, həmçinin caynaqlı pəncələri ilə güclü zərbə vura bilir.

May ayında Britaniyanın Kornuoll ştatının Fluşinq şəhərində bir qarğa məşhur yazıçı Wyl Menmuir-i qarət edib və pul kisəsini ağacda şəxsi mülkiyyətinə qoyub. Nəticədə yazıçı ağaca çıxıb səpələnmiş əşyaları toplamalı olub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »