Əfqanıstanda qadınlara kimə ərə gedib-getməməsi hüququ verildi:Təhsil və işləmək hüququ… – FOTO

0

Əfqanıstanda Taliban lideri Molla Hibetullah Axundzadə bəyan edib ki, qadınlar öz həyat yoldaşlarını seçə və miras hüququndan istifadə edə bilərlər.

Axundzadə qadınlar üçün nikah və vərəsəlik haqqında 6 bənddən ibarət fərmanı paylaşıb. Lakin yeni qanunlarda qadınların təhsil və məşğulluq hüquqlarına toxunulmayıb.

İctimairey.az xəbər verir ki, Taliban lideri Molla Hibetullah Axundzadə bəyan edib ki, qadınlar öz həyat yoldaşlarını seçə və miras hüququndan istifadə edə bilərlər.

Taliban sözçüsü Zəbihullah Mücahid şəxsi Twitter hesabında Axundzadənin qadınlar üçün nikah və mirasla bağlı verdiyi 6 bəndlik fərmanı paylaşıb.

Sərəncamın birinci maddəsində yetkinlik yaşına çatmış qızların nikaha razılığının “məcburi” olduğu və heç kimin qadınları nikaha daxil etməyə məcbur edə bilməyəcəyi vurğulanıb.

İkinci maddədə deyilirdi ki, “Qadın mülk deyil. O, alicənab və azad insandır. Heç kim onları evlənmək naminə başqasına verə bilməz”.

Əfqanıstanda bəzi qəbilələr aralarındakı qan davasına və ya düşmənçiliyə son qoymaq üçün, ailədəki qadınlar vasitəsilə düşmən ailə ilə evlilik bağı qura bilirlər.

Üçüncü maddədə ərin ölümündən sonra (4 ay 10 gün və ya hamiləlikdən sonra) ərin qardaşı və ya digər qohumunun “dul qadını” zorla nikaha daxil edə bilməyəcəyi bildirilib və qadının evlənmək və ya evlənməməsi, öz gələcəyini təyin etmək hüququ var.

Dördüncü maddədə deyilirdi ki, yeni kişidən məhr (nikah təzminatı) almaq dul qadının razılığına buraxılır.
Beşinci maddədə qadının vəfat etmiş ərindən, övladlarından, atasından və ya digər qohumlarından vərəsəlik hüququna malik olması və ya şərikli əmlaka sahib olması vurğulanarkən, “Onu bu hüquqdan heç kim məhrum edə bilməz” ifadəsi qeyd olunub.

Altıncı maddədə çoxarvadlı kişilərdən arvadlarının hüquqlarını tanımaları və arvadları arasında ayrı-seçkilik etməmələri istənilib.

Axundzadə fərmanda müəyyən edilmiş və dini çərçivədə olduğu bildirilən müxtəlif hüquqların tam şəkildə həyata keçirilməsi üçün, dövlət orqanlarına, ruhanilərə və tayfa başçılarına lazımi addımların atılmasını tapşırıb.

Talibandan sonrakı Əfqanıstanda qadınların işləməsi, qızların isə məktəbə getməsi məhdudlaşdırılıb.
Beynəlxalq ictimaiyyət Talibanla diplomatik münasibətlərdə daha çox qadınların işləmək və təhsil hüququna qoyulan məhdudiyyətləri gündəmə gətirsə də, Taliban lideri Axundzadə öz fərmanında bu məsələyə toxunmayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »