Kiyev Paris və Berlini Ukraynada hərbi münaqişəyə hazır olmağa çağırıb

0

Fransa və Almaniya Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı mümkün ssenariyə hazırlaşmalıdırlar. Belə bir müraciətlə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Fransa və Almaniyanın xarici işlər nazirləri Jan-İv le Drian və Heyko Maasla danışıqlarda çıxış edib.

“Rusiya hərəkətə keçsə, sizin fiziki olaraq koordinasiyaya, bütün bürokratik prosedurlardan keçməyə, qərarlar qəbul etməyə vaxtınız olmayacaq. Odur ki, zəhmət olmasa hazırlıq işinizi indi edin. Çünki hərbi ssenari işləsə, sadəcə vaxt olmayacaq”, – Kuleba bildirib.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, əgər Rusiya Ukraynada 2014-cü ildəki hərəkətlərini təkrarlamağa çalışarsa, bu, “ciddi səhv” olar.

İctimairey.az mənbələrə istinadən xəbər verir ki, bundan əlavə, ABŞ və onun avropalı müttəfiqləri Rusiyanın Ukraynaya qarşı hərbi addım atacağı təqdirdə mümkün cavab tədbirlərini müzakirə edirlər.

Kreml bir müddət əvvəl bildirib ki, Rusiya ordusu və texnikasının öz ərazisində hərəkəti Rusiyanın daxili işidir. Rusiya prezidentinin mətbuat katibi əmin edib ki, dövlətin hərəkətləri heç kəsi təhdid etmir.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »