POLŞA VƏ TÜRKİYƏ LUKAŞENKONUN HİBRİD HÜCUMLARINA QARŞI BİRLƏŞİB

0

Varşava Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında imzalanan razılaşmaya dair məlumat verib.

Əməkdaşlığın məqsədi “Belarus” miqrantlarından qorunmaqdır. İctimairey.az xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində qeyd edildiyi kimi, tərəflərin birləşməsi miqrantlardan hibrid silah kimi istifadə edən Belarusun qarşını almaq məqsədi daşıyır.

“NATO müttəfiqləri olan Polşa və Türkiyə, Lukaşenka rejiminin qonşularına qarşı hibrid hücum kimi qanunsuz miqrantlardan istifadə etməsinə müqavimət göstərmək üçün birlikdə çalışacaqlar”. Müvafiq telefon danışığının təşəbbüskarının Türkiyə tərəfinin olduğu dəqiqləşir.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »