Millət Vəkilləri Litvanın paytaxtı Vilnüsda Baltik Assambleyasının 40-cı sessiyasında iştirak edir – FOTO

0

Litvanın paytaxtı Vilnüsda öz işinə başlayıb. Tədbirdə Azərbaycanın GUAM PA-dakı nümayəndə heyəti – Milli Məclisin deputatları Elnur Allahverdiyev, Azər Kərimli və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin Beynəlxalq Parlament Təşkilatları ilə iş sektorunun müdiri Lalə Çələbizadə iştirak edib.

Sessiyada “Baltikyanı ölkələrin regionun yenidən açılmasında əməkdaşlığı: böhranın təsirinin yumşaldılması üçün, birgə tədbirlər və beynəlxalq əməkdaşlığın rolu”, “Baltikyanı ölkələrin enerji təhlükəsizliyi: Avropanın elektrik enerjisi şəbəkələri ilə sinxronizasiyadan sonrakı vəziyyət və qeyri-Avropa Birliyi ölkələri ilə enerji ticarəti”, “Baltikyanı ölkələrin Avropa İttifaqının xarici sərhədləri yaxınlığında təhlükəsizlik problemlərinin həllində rolu” və digər mövzularda müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyətinin GUAM PA-dakı rəhbəri olaraq sessiyada çıxış edən Elnur Allahverdiyev ölkəmizin BA ilə həm birbaşa, həm də GUAM üzərindən münasibətlərinin perspektivlərinə toxunub və bildirib ki, BA bizim üçün Avropa strukturları – Vışeqrad qrupu, Şimal Şurası, Benilyuks Parlamenti ilə əlaqələr baxımından çox önəmlidir. Azərbaycan bu qurumlarda təmsil olunan dövlətlərlə ikitərəfli siyasi və iqtisadi əlaqələrə malikdir. Bununla belə, münasibətlərimizin parlamentlər səviyyəsindəki inkişafına da yüksək önəm veririk.

Millət Vəkili Elnur Allahverdiyev çıxışında 44 günlük Vətən müharibəsindən sonrakı dövrə də toxunaraq bildirib ki, Dağlıq Qarabağ probleminin gündəmi artıq tərk edib.

Millət Vəkili Azərbaycanın azad edilmiş torpaqlarında həyata keçirdiyi miqyaslı infrastruktur və yenidənqurma işləri barədə məlumat verib.

Fuad QƏHRƏMANOV

İctimairey.az

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »