İraqın baş nazirinə PUA-larla sui-qəsd olub – FOTO

0

İraqın baş naziri Mustafa Əl-Kazeminin iqamətgahına üç pilotsuz uçuş aparatı (PUA) ilə hücum edərək, ona sui-qəsd cəhdi terror aktıdır.

İctimairey.az xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Baş nazirə hücum terror aktıdır. Sui-qəsd üç PUA-nın köməyi ilə həyata keçirilib, onlardan ikisi vurulub”, – agentlik departament nümayəndəsinin bəyanatından sitat gətirir.

Yerli media xəbər verir ki, bazar günü gecə bir neçə pilotsuz təyyarə İraq hökuməti başçısının Bağdadın “yaşıl zona”sındakı iqamətgahına hücum edib. Onlara quraşdırılmış partlayıcıların partladılması nəticəsində əl-Kazeminin on mühafizəçisi yaralanıb. Bundan başqa, hökumət başçısının iqamətgahına da maddi ziyan dəyib.

İraqın İNA xəbər agentliyi milli təhlükəsizlik agentliklərinə istinadən təsdiqləyib ki, baş nazir pilotsuz təyyarə ilə sui-qəsd cəhdi zamanı xəsarət almayıb. Daha sonra, Mustafa Əl-Kazemi sosial şəbəkələrdə sağ olduğunu təsdiqləyib.

“Mən yaxşıyam, Allaha şükür, xalqım arasındayam və İraq adına hamını sakitliyə və təmkinliyə çağırıram” deyə o yazıb. “Xəyanətkar raketlər xalqın təhlükəsizliyinin qorunmasında qəhrəman təhlükəsizlik qüvvələrimizin dözümlülüyünü və mətanətini bir zərrə qədər sarsıtmayacaq”.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »