“Sənətçilərin məhv olduğu bir ölkə düşünün!”

0

Bu fəryad Venesiya Festivalında iki Əfqan qadın rejissorun mətbuat konfransında ağrı doğuran kömək çağırışı idi.

İctimairey.az xəbər verir ki, festivalın bədii rəhbəri Alberto Barberanın və jurnalistlərin olduğu mətbuat konfransında, iki Əfqan qadın rejissorun Talibanın yenidən hakimiyyəti ələ keçirdiyi Əfqanıstanda şahidi olduqları acı həqiqətləri dilə gətirərək yardım üçün, bütün kino aləminə müraciət edib.

Bir çox festivallarda mükafat alan 38 yaşlı Sahraa Kərimi hayqıraraq demiş: “İki həftə ərzində ölkənin ən yaxşı sənətçilərinin demək olar ki, hamısı bacardıqları qədər xaricə qaçıb. Bir neçə saat ərzində hər şey dağıdıldı, məhv oldu. Bütün arxivlərimiz Talibanın əlinə keçdi! ”

“Mənə bənzəyən min qız” sənədli filminin rejissoru və iki il əvvəl Əfqanıstan Kino Korporasiyasının ilk qadın rejissoru Sahra Mani mikrofonu alaraq, – “Hər şey bir anda çökdü. Kabildə kişi və qız şagirdlərin dərs aldığı yeganə musiqi məktəbi bağlandı. Taliban bütün musiqi alətlərini məhv etdi. Tələbələrin təhsil alması artıq mümkün deyil! Üstəlik, təhdid altındadırlar, gizlənməlidirlər. Biz rejissorlar, aktyorlar və kinorejissorlar siyasətlə məşğul olmuruq, yalnız xəyallarımızı gerçəkləşdirməyə çalışırıq … Bizə kömək edin ”…

Və birlikdə əlavə edirlər: “Taliban daha təhlükəlidir, nəinki əvvəlllər olduqlarından da daha qəddardılar. Həm də yeni ünsiyyət texnologiyasından hiyləgər şəkildə istifadə etməyi bacardıqları üçün, daha təhlükəlidirlər. Onların mülayim görünmək cəhdlərinə aldanmayın! ”

Esmira ŞÜKÜROVA,

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »