Kiviryan: “Artsax”ı kimin ziyarət edib-etməyəcəyinə Moskvada qərar verirlər

0

“İkinci “Artsax” savaşından sonra Ermənistan Artsaxın təhlükəsizliyinə zəmanət verən açarları, əslində Moskvaya verdi”.

İctimairey.az xəbər verir ki, bu fikirləri keçirdiyi mətbuat konfransında politoloq Arqişti Kiviryan deyib. O, əlavə olaraq bildirib ki, “Noyabrın 9-da bəyanatın imzalanmasından sonra, Rusiyanın sülhməramlı qüvvələri Qarabağa yerləşdirildikdə, əslində, “Artsax”ın təhlükəsizliyinin qarantı Moskva oldu və bütün bunları qlobal miqyasında nəzərdən keçirsəniz, aydın olar ki, yalnız Moskva Artsaxı kimin ziyarət edib-etməyəcəyinə də qərar verir. Noyabrın 9-dan sonra Artsaxla bağlı bütün məsələlər İrəvanda deyil, artıq Moskvada həll olunur. Tamam, tutaq ki, Nikol Paşinyan Artsaxa gələrdi və bununla respublikanın təhlükəsizliyini təhlükəyə atmış olmazdımı?

Bir vaxt Şuşaya gedib bərkdən dediyi sözləri yəqin ki unutmamısınız: “”Artsax” Ermənistandır, vəssalam!” və bunun nəticələrini hamımız çox yaxşı bilirik. Şuşa əldən getdi! Bütün bu ifadələr, məsuliyyətsiz hərəkətlər, ikinci Artsax müharibəsinə səbəb oldu. İndi Stepanakertə (Xankəndinə) gedərdisə və öz üslubunda qışqırmağa başlayardısa: “”Artsax” Ermənistandır, vəssalam”, bundan sonra təxribatlar və hərəkətlər başlayacaqdı, Stepanakerdin taleyi həll olunmayacaqdımı?

İndi niyə Stepanakerdə getmədiyini söyləyən bütün insanlar artıq deyəcəklərdi ” Niyə getdin? ”- deyə Kiviryan bildirib.
Kiviryanın fikrincə, – hazırda çox çətin vəziyyətdəyik və hər bir məsuliyyətsiz addım, xüsusən də bu gün təhlükəsizliyin təminatçısı – ordumuz olmadıqda, erməni xalqı üçün ən yeni kataklizmlərə yol açıla bilər.

“”Artsax” xalqının respublikaya səfər edən deputat manqlaviklərini niyə belə qəbul etməsi başa düşüləndir. Onları daha kobud qəbul etsəydilər, haqlı olacaqdılar və bu səbəbdən olduqca mülayim qarşılandılar, çünki bu insanların apardıqları siyasət nəticəsində bütün erməni xalqı fəlakət içindədir. Heç kim birincilərin haqlı olduğunu söyləmir, amma o anda hakimiyyətdə olan sən idin, Paşinyan. İdarə etməyi bacarmırdınsa, yaxşı olar ki, hakimiyyətindən əl çəkərdin ” – deyə ekspert sözünü yekunlaşdırıb.

Esmira ŞÜKÜROVA

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »