Rusiyada Sputnik adlı yeni şəhəri tikiləcək

0

Rusiyanın Uzaq Şərqinin İnkişaf Nazirliyi Rusiyada yeni bir şəhərin inşasını elan edib. İctimairey.az xəbər verir ki, bu barədə Rusiya mediyası məlumat yayıb.

Şərq İqtisadi Forumu (EEF) zamanı, Primoryenin paytaxtı Vladivostokdan 30 kilometr kənarda 2,8 milyon kvadrat metrdə bir qəsəbənin salınacağı açıqlayıb. Şöbənin hesablamalarına görə, 300 min insan yeni salınan bu şəhərdə yaşayacaq. Vladivostok və Artem ilə birlikdə şəhər aqlomerasiyasının əhalisi bir milyon nəfəri keçəcək.

Bir müddət əvvəl Rusiyanın Uzaq Şərqin İnkişaf Nazirliyinin rəhbəri Aleksey Çekunkov Sputnikin on il ərzində tikiləcəyini bildirmişdi. Bələdiyyənin hava limanına, Vladivostokun özünə və dairəvi yola yaxın bir yerdə yerləşəcəyi bildirilir. Eyni zamanda, onun sözlərinə görə, şəhər əvvəlcə 50 min nəfər üçün nəzərdə tutulubdu.

Öz növbəsində, Rusiya Baş nazirinin müavini, Prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə nümayəndəsi Yuri Trutnev isə bildirib ki, – yeni iqtisadi potensiallar ortaya çıxdıqda Uzaq Şərqdə yeni şəhərlər yaratmağa dəyər. Onun fikrincə, indi biz mövcud olanların inkişafına diqqət yetirməliyik. Rəsminin qeyd etdiyi kimi, səlahiyyətlilər əhalini təkcə mənzillə deyil, həm də işlə təmin etmək ehtiyaclarını düşünməlidir.

Esmira ŞÜKÜROVA

 İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »